525.Az

Rusiyada qeydiyyatdan keçən koronavirus peyvəndi haqda məlumatlar


 

Rusiyada qeydiyyatdan keçən koronavirus peyvəndi haqda məlumatlar <b style="color:red"></b>

Rusiyada qeydiyyatdan keçən koronavirusa qarşı ilk peyvəndin nəticələri yüksək effektivlik göstərib.

Bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib.

O, peyvənd olunan bütün könüllülərdə COVID-19-a qarşı yüksək titrli antitel formalaşdığını qeyd edib.

“Bununla yanaşı, onların heç birində immun sisteminin ciddi fəsadları qeydə alınmayıb”, - deyə rusiyalı nazir vurğulayıb.

Qeyd edək ki, dünyada ilk dəfə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd Rusiyada qeydiyyatdan keçib. İnyeksiya üçün maye halında olan peyvənd Hamaley adına Mərkəz tərəfindən işlənib hazırlanıb.

 





11.08.2020    çap et  çap et