525.Az

“Hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəkləyirik”


 

“Hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəkləyirik”<b style="color:red"></b>

“Qardaş Türkiyə hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“12 iyul tarixində Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonu ərazisində törətdiyi növbəti hərbi təxribat həyata keçirilərkən bunun şahidi olduq. Fürsətdən istifadə edib öz adımdan, Azərbaycan dövləti və xalqı adından təşəkkürümü bildirirəm. Azərbaycan da hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəkləyir. Bizim birliyimiz əbədidir”, - deyə C. Bayramov vurğulayıb.

 





11.08.2020    çap et  çap et