525.Az

Anar Kərimov Türkiyə səfiri ilə görüşdü - Fotolar


 

Anar Kərimov Türkiyə səfiri ilə görüşdü - <b style="color:red">Fotolar</b>

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralla görüşüb.

A.Kərimov ilk görüşünün məhz Türkiyə səfiri ilə keçirilməsinin əlamətdar olduğunu bildirib. Son günlərdə baş verən hadisələrdə qardaş Türkiyənin hər zaman olduğu kimi Azərbaycanı tək qoymamasına və hərtərəfli dəstəyinə görə minnətdarlığını ifadə edib.

Daha sonra mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

A.Kərimov Türkiyə ilə mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, hüquqi bazanın genişləndirilməsi, konkret sahələr üzrə təcrübə mübadiləsinin aparılması və ortaq mədəni irsin qorunması üçün geniş imkanlar olduğunu qeyd edib. Bildirib ki, mədəniyyət sənayeləri, kino, mədəni irs və muzey işi sahələrində Türkiyə təcrübəsinin öyrənilməsi Mədəniyyət Nazirliyinin prioritetlərindən biridir.

E.Özoral qəbula görə A.Kərimova təşəkkür edib.

Səfir Azərbaycanla Türkiyə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra da əməkdaşlığın inkişafı üçün əlindən gələni edəcəyini bildirib. Bu istiqamətdə xüsusilə mədəniyyət sahəsində tələbə mübadiləsi, mədəni irsin və tarixi abidələrin bərpası ilə bağlı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə əməkdaşlıq və hər zaman olduğu kimi beynəlxalq platformalarda əməkdaşlıq sahəsində də işlərin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Sonda Azərbaycan Mədəniyyət Nazirliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi qrupun tərkibinin yenidən formalaşdırılması barədə razılığa gəlinib.

 





11.08.2020    çap et  çap et