525.Az

Qazaxlı şəhidin ailəsinin qayğılarına diqqət göstərilir


 

MAYOR ƏHMƏDOVUN YUXARI SALAHLIDAKI OCAĞI ƏSASLI TƏMİR EDİLİR

Qazaxlı şəhidin ailəsinin qayğılarına diqqət göstərilir<b style="color:red"></b>

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən canlarını Vətən uğrunda fəda edən şəhidlərimizin ailələrinin qayğılarına həssaslıq göstərilməsi barədə ölkə Prezidentinin vediyi tapşırıq və tövsiyələr Qazax rayonunda da diqqət mərkəzində saxlanılır.

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan mayor Namiq Əhmədovun doğma elindəki, Qazax rayonunun Yuxarı Salahlı kəndindəki evində köklü təmir-tikinti işləri gedir.

Qazax rayonunun rəhbər, məsul şəxsləri mütəmadi olaraq,  Yuxarı Salahlıda olur və şəhidimizin evinin qısa müddətdə, yeni görkəmdə ərsəyə gəlməsi üçün hər bir köməyi göstərirlər.

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor Namiq Əhmədov 34 yaşında şəhid olub. Onun həyat yoldaşı və övladları - bir oğlu və bir qızı Yuxarı Salahlıda yaşayırlar.

Zakir Muradov
Gəncə-Qazax

 





11.08.2020    çap et  çap et