525.Az

Minsk Belarusda komendant saatının tətbiq ediləcəyi ilə bağlı xəbəri təkzib etdi


 

Minsk Belarusda komendant saatının tətbiq ediləcəyi ilə bağlı xəbəri təkzib etdi<b style="color:red"></b>

“Belarus hökuməti Minskdə komendant saatının tətbiq ediləcəyi ilə bağlı xəbərləri təkzib edir”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Belarus Nazirlər Şurasının mətbuat katibi Alexandra İsaeva bildirib.

O diqqətə çatdırıb ki, yalnız rəsmi məlumatlara etibar edin: “Rəsmi olaraq belə bir məlumat yoxdur”.

Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən Prezident seçkilərində Aleksandr Lukaşenkonun qalib gəlməsilə bağlı MSK-nın ilkin açıqlamasından sonra ölkənin bir sıra şəhərlərində səsvermənin nəticələri ilə razılaşmayan müxalif qüvvələrin kütləvi icazəsiz etiraz aksiyaları keçirilmişdi.

 





11.08.2020    çap et  çap et