525.Az

İki məhkəmə sədri barəsində intizam icraatı başlanıldı


 

İki məhkəmə sədri barəsində intizam icraatı başlanıldı<b style="color:red"></b>

“İndiyədək Məhkəmə-Hüquq Şurası tərəfindən 60-dan çox məhkəmədə monitorinqlər keçirilib. 150-dən çox aşkar olunmuş pozuntu hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb".

Bunu Məhkəmə-Hüquq Şurası Aparatının Korrupsiyaya Qarşı Mübarizə və Məhkəmə Monitorinqi Sektorunun vəzifəsini icra edən Seyfəlpaşa Əliyev deyib.

Onun sözlərinə görə, işlərin elektron bölgüsünün həyata keçirilməsi ilə xüsusi montironinqlər də aparılıb:

“Biz bunu həm yerlərdə, həm də elektron-məhkəmə informasiya sistemi vasitəsi ilə distant formada həyata keçirmişik. Bu zaman 20-dək pozuntu aşkarlanıb və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb”.

S.Əliyev daha ciddi pozuntularla bağlı iki məhkəmə sədri barəsində intizam icraatı başlanıldığını vurğulayıb:

“Tədbirlərin əsas məqsədi ədalət mühakiməsinin təkmilləşdirilməsi və hakimlərin məsuliyyət hissinin artırılmasıdır”.

 

 





12.08.2020    çap et  çap et