525.Az

“Metsamor AES ilk növbədə elə Ermənistanın özü üçün böyük təhlükə mənbəyidir”


 

“Metsamor AES ilk növbədə elə Ermənistanın özü üçün böyük təhlükə mənbəyidir”<b style="color:red"></b>

“Sənəddə Ermənistanın yüksək texnologiyalar mərkəzi kimi inkişafı prosesində elm-təhsil sisteminin roluna xüsusi önəm veriləcəyi qeyd olunur. Halbuki, elə Strategiyanın özündə də etiraf edildiyi kimi, savadlı insanların ölkəni kütləvi surətdə tərk etməsi fonunda bu məqsədə necə nail olmaq olar”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı bildirib.

“Sənəddə qeyd olunur ki, ermənilər arasında zorakılıq yolu ilə daxili problemlərin həlli yolverilməzdir, azad məhkəmələr yolu ilə tənzimləmə olmalıdır. Əslində isə onsuz da azad olmayan məhkəmələrə siyasi təzyiqlər çoxalır, baş nazirin göstərişlərini yerinə yetirmək istəməyən Konstitusiya məhkəməsi sıxışdırılır və hakimlər dəyişdirilir.

Sənədin ətraf mühitə aid bölməsində məntiqlə Metsamor atom elektrik stansiyası (AES) məsələsinə toxunulmalı idi, amma maraqlıdır ki, bu haqda heç bir istinad yoxdur. Halbuki, fəal seysmik zonada yerləşən və istismar müddəti bitmiş bu AES ilk növbədə elə Ermənistanın özü üçün böyük təhlükə mənbəyidir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

H. Hacıyev qeyd edib ki, ümumiyyətlə sənədin təhlili göstərir ki, diqqəti Ermənistan iqtisadi inkişaf, təhsil, elm kimi məsələlərə deyil, daha çox Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlara verir: “Bu Ermənistan hakimiyyətinin gələcəyə baxışını xarakterizə edir. Əsas məqsəd erməni xalqını münaqişənin girovu kimi saxlamaqdır”.

 





12.08.2020    çap et  çap et