525.Az

Çindən gələn nümayəndə heyətinin iştirakı ilə videokonfrans keçirildi


 

Çindən gələn nümayəndə heyətinin iştirakı ilə videokonfrans keçirildi<b style="color:red"></b>

Avqustun 12-də TƏBİB tərəfindən "Yeni Klinika" tibb müəssisəsinin nəzdində yaradılmış Təlim-tədris Mərkəzində Çin Xalq Respublikasından gələn nümayəndə heyəti, pandemiya xəstəxanalarının rəhbərləri və aparıcı mütəxəssislərinin iştirakı ilə videokonfrans keçirilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, videokonfransda koronovirus infeksiyasına yoluxmuş şəxslərin ÇXR-da və ÜST-nın protokolları əsasında müalicəsi, eyni zamanda xəstəliyin müalicəsində Çin Xalq təbabətinin tətbiqi mövzusunda çıxışlar dinlənilib və təqdimatlar nümayiş etdirilib.

 





12.08.2020    çap et  çap et