525.Az

BDU-nun müəllimi onlayn təcrübə proqramında


 

BDU-nun müəllimi onlayn təcrübə proqramında <b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov Azərbaycan və Pakistan mütəxəssisləri arasında keçirilən "Azərbaycanın müasir dinamikası" adlı onlayn təcrübə proqramının 3-cü sessiyasında iştirak edib.

Onlayn tədbiri Azərbaycanın Pakistan  İslam Respublikasındakı səfirliyi və paytaxt İslamabadda yerləşən Qlobal və Strateji Tədiqatlar Mərkəzi birgə təşkil edib.

Tədbiri giriş sözü ilə açan Qlobal və Strateji Tədiqatlar Mərkəzinin direktoru və təcrübə proqramının koordinatoru Mehreen Gul proqramın Azərbaycan və Pakistan arasındakı ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Məruzəçi Sultan Zahidov Pakistanın müxtəlif universitetlərində təhsil alan magistrant və doktorantlar üçün "Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu: xarici siyasət və Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda təqdimatla çıxış edib.

Təqdimatda Azərbaycanın xarici siyasətinin başlıca məqsəd və prinsiplərindən, Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini yenidən bərpa edən Azərbaycanın regional və beynəlxalq inteqrasiya proseslərinə qoşulmasından, Azərbaycanın mühüm beynəlxalq və regional təşkilatlarla əlaqələrindən və iştirakçısı olduğu regional enerji layihələrindən, Dağlıq-Qarabağ münaqişəsinin tarixi və nizamlanması prosesindən, o cümlədən, 2020-ci ilin iyul ayında cəbhə xəttindəki gərginlikdən bəhs olunub.

Tədbirin sonunda iştirakşıların mövzu ilə bağlı sualları cavablandırılıb.

S.QARAYEVA

 





12.08.2020    çap et  çap et