525.Az

Yuri Karaev aksiyalarda təsadüfən xəsarət alanlara görə məsuliyyəti öz üzərinə götürdü


 

Yuri Karaev aksiyalarda təsadüfən xəsarət alanlara görə məsuliyyəti öz üzərinə götürdü<b style="color:red"></b>

Belarus Daxili İşlər naziri Yuri Karaev prezident seçkilərindən sonra baş verən etiraz aksiyalarında təsadüf üzündən xəsarət alanlara görə məsuliyyəti öz üzərinə götürdüyünü və buna görə üzr istədiyini bildirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə nazir “ONT” telekanalına açıqlamasında deyib.

DİN rəhbəri istintaq təcridxanalarından ilk növbədə jurnalistlərin buraxılmasını tələb edib.

O, seçkilərdən sonra 5 gün davam edən ölkədəki mövcud vəziyyəti inqilab hesab etmədiyini diqqətə çatdırıb.

 





13.08.2020    çap et  çap et