525.Az

“Koronavirus pandemiyasına birlikdə qalib gələk!” - Layihə


 

“Koronavirus pandemiyasına birlikdə qalib gələk!” -<b style="color:red"> Layihə</b> Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Kimsəsiz Uşaqların Sosial Müdafiəsi Birliyinin təşkilatçılığı ilə “Koronavirus pandemiyasına birlikdə qalib gələk!” adlı layihə həyata keçirilir.

Layihənin məqsədi  Gəncə şəhərində koronavirus dövründə işsiz qalmış, sosial əlaqələri və işgüzar münasibətləri olmayan, ailə başçısını itirmiş aztəminatlı ailələrə ərzaq yardımı göstərmək, eyni zamanda vətəndaşlarımızı bu pandemiyanın ciddiyyəti haqqında ətraflı maarifləndirməkdir. 

Layihə çərçivəsində bu gün Gəncə şəhərində yaşayan 78  aztəminatlı ailəyə market alış-veriş kuponu göndərildi. Həmin ailələr kuponları marketə təqdim etməklə 50 AZN dəyərində alış-veriş edə biləcəklər. Eyni zamanda Gəncə sakinlərinə pandemiya haqqında maarifləndirici bukletlər paylanıldı.








 





14.08.2020    çap et  çap et