525.Az

Həftəsonu avtobusların fəaliyyəti dayandırılacaq


 

Həftəsonu avtobusların fəaliyyəti dayandırılacaq<b style="color:red"></b>

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan 17 avqust səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Biildirilib ki, bu həftə ərzində Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə avtobuslarla 8 000 000-dan artıq sərnişin səfər sayı qeydə alınıb. Bu isə 3-7 avqust tarixlərində qeydə alınan göstəricidən təxminən 14 % çoxdur. Belə ki, avqustun ilk həftəsində sərnişin səfər sayı 7 000 000-a yaxın olub.

 





14.08.2020    çap et  çap et