525.Az

İllüstratorlar üçün "Səssiz kitab" müsabiqəsi


 

İllüstratorlar üçün "Səssiz kitab" müsabiqəsi<b style="color:red"></b>

İtaliyanın "Carthusia Edizioni" uşaq nəşriyyatı rəssam, illüstrator və digər yaradıcı sahələrdən olan müəlliflər üçün "Səssiz kitab" müsabiqəsi keçirir.

AZƏRTAC xəbər verir ki, müsabiqə yalnız yeni və çap olunmamış illüstrasiyalı kitablar üçün nəzərdə tutulur. Burada xüsusi bir mövzu yoxdur. Hekayənin nəqli müəyyən ardıcıllıqla yalnız təsvir edilmiş şəkillər vasitəsilə aparılmalıdır.

Müsabiqənin finalçıları elan ediləndən sonra onların işləri Bolonya Uşaq Kitab Sərgisi və "urin Beynəlxalq Kitab Yarmarkasında (Salone del Libro) nümayiş etdiriləcək.

Qalib gələn kitab layihəsi "Carthusia Edizioni" tərəfindən nəşr ediləcək və nəşriyyatın kataloquna daxil edilməklə tanıtımı aparılacaqdır.

 





13.08.2020    çap et  çap et