525.Az

Daha 103 nəfərdə koronavirus aşkarlandı: 221 sağalan, 4 ölən var


 

Daha 103 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">221 sağalan, 4 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34.018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31.490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib, 2024 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7969, bu günə qədər isə ümumilikdə 820.002 test icra olunub.

 





14.08.2020    çap et  çap et