525.Az

"Qarabağ. İnsan. Qələbə" tammetrajlı bədii film ssenari müsabiqəsi elan edilib


 

"Qarabağ. İnsan. Qələbə" tammetrajlı bədii film ssenari müsabiqəsi elan edilib<b style="color:red"></b>

Qarabağ həqiqətlərinin beynəlxalq arenada səslənməsində kinonun oynaya biləcəyi müsbət rolu nəzərə  alaraq, o cümlədən, kinematoqrafiyamızda Qarabağ müharibəsinin yaşatdığı insan faciələrini tam dolğunluğu və realistik əksinin vacibliyini qeyd edərək, Azərbaycan Kinematoqrafçılar İttifaqı "Qarabağ. İnsan. Qələbə" tammetrajlı bədii film ssenarisi müsabiqəsi elan edir:

- Müsabiqəyə təqdim edilən ssenarinin  janrından asılı olmayaraq, Qarabağ müharibəsini insan taleyi,  onun draması və faciəsi prizmasından ifadəsi, həm yerli, həm də xarici tamaşaçıya maraqlı olması arzu olunandır.

 - Müsabiqədə iştirak üçün tammetrajlı bədii filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. Ssenari 22 noyabr 2020-ci il tarixinə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir. Ünvan: Bakı şəhəri, Həsən Seyidbəyli 18

- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı.

- Qaliblər diplom və pul mükafatı ilə təltif  ediləcəklər.

- Baş mükafat  5000 AZN

- Həvəsləndirici mükafat (2  ssenari) 2500 AZN

Qalib ssenari istehsalı  məqsədəuyğun layihə olaraq Mədəniyyət Nazirliyinə  təqdim ediləcəkdir.

Əlavə məlumat üçün əlaqə: (012)5059533, mail: [email protected]

 





13.08.2020    çap et  çap et