525.Az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri artırıldı


 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri artırıldı<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri artırılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanla “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” fərmana edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, əmək qabiliyyətinin tam itirilməsi, əlilliyi olan işçilərin gecə vaxtı görülən işlərə cəlb edilməsi, iş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilməsi üçün rəy verilməsi səlahiyyəti Tibbi Sosial Ekspert Komissiyalarından alınıb və həmin səlahiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib.

 





14.08.2020    çap et  çap et