525.Az

"Möminlərdən dini mərasimlərdə kütləviliyə yol verilməməsini xahiş edirik"


 

"Möminlərdən dini mərasimlərdə kütləviliyə yol verilməməsini xahiş edirik"<b style="color:red"></b>

“Mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti, o cümlədən digər ölkələrdə dini mərasimlərin keçirilməsi qaydalarını nəzərə alaraq qarşıdan gələn dini mərasimlərdə kütləviliyə yol verilməməsini vətəndaşlarımızdan xahiş edirik”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, mömin insanların bu qaydalara riayət etməsini gözləyirlər.

 





15.08.2020    çap et  çap et