525.Az

İaşə müəssisələrində sanitar qovşaqlar necə fəaliyyət göstərəcək?


 

İaşə müəssisələrində sanitar qovşaqlar necə fəaliyyət göstərəcək?<b style="color:red"></b>

“İaşə müəssisələrinin fəaliyyət göstərməsi üçün elan olunan tələblər məlumdur”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, sanitar qovşaqla bağlı xüsusi qeydin olmamasına baxmayaraq, istənilən sahibkarlıq subyektində ara məsafəyə dair tələblər müəyyən olunub:

“Həmin tələblər qorunmaq şərti ilə hansısa iaşə obyektində sanitar qovşağın fəaliyyət göstərməməsi ilə bağlı hansısa qeyd müəyyən edilməyib. Ancaq sanitar qovşağın ölçüsündən asılı olaraq sahibkarlıq subyektləri müştərilərə məlumat verməlidir”.

 





15.08.2020    çap et  çap et