525.Az

Solaxay - Aytac Sahədin yazısı


 

Solaxay - <b style="color:red">Aytac Sahədin yazısı </b>

Hər il avqustun 13-ü  Ümumdünya Solaxaylar Günü kimi qeyd olunur. Beynəlxalq Solaxaylar Günü 1992-ci ildə Britaniya Solaxaylar klubunun təşəbbüsü ilə təsis edilib.

Dünyada solaxaylar hərəkatının başlamasının tarixçəsi də maraqlıdır. 1980-ci ildə ABŞ-ın Missuri ştatından olan polis əməkdaşı Franklin Uinborn qoburu (tapança qabını) sol tərəfində daşıdığına görə işdən çıxarılıb. F.Uinborn solaxay olduğundan qoburu kəmərinin sol tərəfinə qoyurdu. Halbuki nizamnaməyə görə, o, tapança qabını sağ tərəfində daşımalı idi. O zaman polisin məhz solaxay olduğu üçün işdən çıxarılması etirazlara səbəb olub. Amerikalı solaxaylar F.Uinbornun müdafiəsinə qalxaraq mitinqlər keçirməyə başlayıblar. Bundan sonra məhkəmə adıçəkilən polis əməkdaşının öz işinə bərpa edilməsinə dair qərar çıxarmağa məcbur olub. Beləcə, dünyada Solaxaylar hərəkatı baş qaldırıb. Sonralar digər ölkələrdə də solaxaylara qarşı ədalətsizlik baş verəndə, kütləvi etiraz aksiyaları keçirilib. Solaxaylar gününün keçirilməsində məqsəd haqları tapdalanan belə  insanlara dəstək olmaqdır. Solaxayların Beynəlxalq Assosiasiyasının mənzil-qərargahı ABŞ-ın Kanzas ştatındakı Topika şəhərində yerləşir. Bu assosiasiya "Solaxaylar haqqında qanun layihəsi" də hazırlayıb.

Solaxaylara münasibət tarixən birmənal

ı olmayıb. Romada bu cür insanlara "sinister", yəni "pislik" deyirdilər, orta əsrin kilsə xadimləri isə solaxayları "şeytan" adlandıraraq, yandırırdılar. Qədimdə sol əllə işləyən insanı məhkəməyə verib, şeytanın onun əlinə vergi verdiyini deyirdilər.

Statistik məlumata görə, dünyada 500 milyon nəfər solaxay yaşayır. Bu halda olan təkcə insanlar deyil, eləcə də heyvanlardır. Qütb ayılarının demək olar ki, hamısı sol pəncəli doğulur.

Tarixə nəzər salsaq, çox rəssamların, şəxsiyyətlərın, aktyorların, siyasətçilərin də solaxay olduqlarını görərik. Solaxaylar arasında istedadlı insanlar 24, sağ əllə hərəkət edənlərdə isə 7 faiz təşkil edir.  Mikelancelo, Leonardo da Vinçi, Yuli Sezar, Janna d'Ark, Napoleon, Uinston Çörçil, kraliça Viktoriya, kraliça Yelizaveta, şahzadə Çarlz və onun oğlu şahzadə Vilyam, tanınmış fizik Maksvell, Pele, Merilin Monro, Pol Makkartni də solaxay olublar. Milyarder Bill Geyts, hollivud ulduzları - Robert De Niro, Tom Kruz, Nikol Kidman, eləcə də ABŞ prezidentləri - Ronald Reyqan, Corc Buş, Bill Klinton, Barak Obama da solaxay olublar.

Solaxaylar həyatın müxtəlif sahələrində çətinliklərlə üzləşir, bir çox imtiyazlardan istifadə edə bilmirlər. Məsələn, əksər əşyaların istifadəsi adi insanlar üçün nəzərdə tutulduğundan belə əşyalardan istifadə edə bilmirlər. Artıq dünyanın bir sıra ölkələrində solaxaylar üçün xüsusi əşyalar istehsal olunur.

Solaxaylarla bağlı edilən ən böyük səhvlərdən biri də hələ uşaq olarkən sağ əllə hərəkətə məcbur edilmələridir.

Mütəxəssislərə görə, solaxay adamın sağ əllə yazması pisdir, çünki əli dəyişmək olar, lakin aparıcı göz, aparıcı ayaq olduğu kimi qalır. Odur ki, əlini dəyişməyə məcbur edilən uşaq daha çox fikir dağınıqlığına məruz qalır. O, informasiyanı daha çətin əxz edir. Nəticədə uşaq əsəbi olur. Bütün bunlar onun məktəbdə uğur qazanmasına maneçilik törədir.

Xüsusilə Sovet dövründə solaxay uşaqlara təzyiq göstərilirdi. Əvvəla sovet ideologiyasına görə, kimsə kimdənsə seçilməməli idi. O dönəmlərdə xüsusi stildə geyinənləri, eləcə də solaxayları çox da sevmirdilər. Çünki onlar hamı kimi "deyildilər". Rəsmi olaraq solaxay olmağın qadağası ona görə irəli sürülürdü ki, istifadə üçün istehsal edilən bütün əşyalar sağ əl üçün nəzərdə tutulurdu. Sonra da solaxayların "məcburi" sağ əllə iş görməyin öyrədilməsi nəzarətə götürüldü. Araşdırmalara görə, solaxayları tamamən dəyişmək mümkün deyil. Onlar müəyyən işləri yenə də sol əllə görürdülər. Amma maraqlı özəllikləri də o idi ki, həm sol, həm də sağ əllə yazırdılar.

Bir solaxay kimi deyə bilərəm ki, solaxay olmaq mənə özümü fərqli hiss etdirir. Buna görə də, bu xüsusiyyətimi çox sevirəm. Baxmayaraq ki, illərdir çox istədiyim gitara çalmağı öyrənə bilmirəm, amma yenə də şanslı olduğumu düşünürəm. Həmişə də bu cür düşünmüşəm. Hələ uşaq yaşlarında müəllimlərin məcbur etməsinə baxmayaraq, qələmi sol əlimdə saxlamağa israrlı olmuşam. İndi kimi...

İndi isə solaxaylar haqqında maraqlı faktlara diqqət yetirək:

1. Dünyadakı insanların 10 faizi solaxaydır.

2. Solaxay kişilərin sayı solaxay qadınlara nisbətən daha çoxdur.

3. Araşdırmalar solaxay insanların digərlərinə nisbətən 9 il erkən öldüyünü göstərir.

4. Solaxayların şizofren və dyslexia olma ehtimalı daha yüksəkdir.

5. İngiliscə sol mənasında istifadə olunan "'left" sözü, zəif mənasını verən “lyft” sözündən götürülüb.

6. Solaxayların allergiya olma ehtimalı daha yüksəkdir.

7. Pişik və siçanların 50 faizi sol pəncələrindən istifadə edir.

8. Solaxaylar şiddətə daha meylli olurlar.

9. LRRTM 1 adlı gen, insanların solaxay olmasında əhəmiyyətli rol oynayır.

10. Solaxay insanların sağ və sol beyin yarımkürələri arasındakı əlaqə daha yaxşıdır. Bu da solaxayların eyni anda iki işlə daha yaxşı məşğul ola biləcəklərini göstərir.

11 Solaxaylar üçün sağ əlini istifadə etmək, sağaxayların sol əlini istifadə etməsindən daha asandır.

12. Dünyadakı insanların yalnız 1 faizi iki əlini də eyni anda istifadə edə bilir.

 





15.08.2020    çap et  çap et