525.Az

Avropa Liqasında günün ikinci matçı koronavirusa görə təxirə salındı


 

Avropa Liqasında günün ikinci matçı koronavirusa görə təxirə salındı<b style="color:red"></b>

Avropa Liqasının I təsnifat mərhələsində keçirilməli olan daha bir oyun təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, UEFA “Nomme Kalyu” (Estoniya) – “Mura” (Sloveniya) qarşılaşmasının bu gün baş tutmayacağını açıqlayıb.

Buna səbəb son vaxtlar hər iki komandanın bir futbolçusunda koronavirus infeksiyasına yoluxma faktının aşkarlanmasıdır. Həmin oyunçular heyətdən çıxarılsalar da, qitə futbol qurumu onların digər futbolçularla təmasda olduğunu nəzərə alaraq, matçı təxirə salıb. Görüşün taleyi ilə bağlı yaxın günlərdə qərar veriləcək.

Qeyd edək ki, bu gün keçirilməli olan “Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) oyunu qonaqların 6 futbolçusunun koronavirusa yoluxması səbəbindən təxirə salınıb.

 





27.08.2020    çap et  çap et