525.Az

“Turizm sektoruna dəstəklə bağlı müəyyən məsələlər nəzərdən keçirilməlidir”


 

 “Turizm sektoruna dəstəklə bağlı müəyyən məsələlər nəzərdən keçirilməlidir”<b style="color:red"></b>

“Turizm sektoru tək Azərbaycanda deyil, dünyada ən çox zərər çəkmiş sektordur”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, turizm sektorunun özünü nə zaman bərpa edəcəyi ilə bağlı müxtəlif fikirlər var:

“Turizm sektoruna dəstəklə bağlı müəyyən məsələlər nəzərdən keçirilməlidir. Regionlarda turizm obyektləri ilə bağlı tibbi-epidemioloji qaydalar qəbul edilib. Ancaq təbii ki, turizm obyektlərinin fəaliyyəti rayonlara gediş-gəlişdən daha çox asılıdır”.

 





29.08.2020    çap et  çap et