525.Az

"Qarabağ"ın pley-offda potensial rəqibi müəyyənləşdi


 

"Qarabağ"ın pley-offda potensial rəqibi müəyyənləşdi <b style="color:red"></b>

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə "Qarabağ"ın da bu mərhələdəki potensial rəqibi bəlli olub.

Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Norveçin "Molde" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off-da "Dinamo" (Zaqreb, Xorvatiya - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi üz-üzə gələcək. "Qarabağ" pley-off-a yüksəlsə, ilk oyunu Bakıda keçirəcək.

ÇL-də pley-off mərhələsi bir yox, iki matçdan ibarət olacaq. İlk görüşlər sentyabrın 22-23-də, cavab qarşılaşmaları isə sentyabrın 29-30-da oynanılacaq.

 





01.09.2020    çap et  çap et