525.Az

Görkəmli qazax yazıçısı Berik Şaxanov dünyasını dəyişib


 

Görkəmli qazax yazıçısı Berik Şaxanov dünyasını dəyişib<b style="color:red"></b>

Azərbaycan ədəbiyyatının fəal və fədakar dostu olan görkəmli qazax ədibi - yazıçı və tərcüməçi Berik Şaxanov vəfat edib.

Bununla bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın mərhum ədibin doğmalarına ünvanladığı teleqramda deyilir:

"Əziz dostumun - istedadlı yazıçı və tərcüməçi Berik Şaxanovun vəfatı xəbəri məni dərindən kədərləndirdi. Beriklə və onun gözəl ailəsilə Alma-Atada, Astanada və Bakıda keçirdiyimiz görüşlər ən parlaq xatirələr kimi daima mənimlə qalacaq. Qazıbəyə, Berik Şaxanovun - qardaş qazax xalqının layiqli oğlunun bütün doğma və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm".

B.Şaxanovun Azərbaycandakı daha bir dostunun - Mahmud Kaşqari adına Beynəlxalq Fondun rəhbəri, şair Elxan Zal Qaraxanlının açıqlamasında isə bildirilir:

"Qazaxdilli ədəbiyyatın böyük nümayəndələrindən olan Berik Şaxanov Qazaxıstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafına müstəsna xidmətlər göstərmiş bir şəxsiyyətdir. Hələ Sovetlər dönəmində bir çox Azərbaycan yazıçılarının əsərləri məhz onun tərəfindən qazax dilinə tərcümə edilib. Onun Qazaxıstan Yazıçılar Birliyinin sədr müavini olduğu dönəmdə isə iki xalqın yazarları arasında ədəbi əlaqələr tarixinin ən züksək zirvəsinə çatdı, əsl qardaşlıq əlaqələrinə çevrilib. Alma-Ataya səfər edən əksər Azərbaycan və Türkiyə yazarları Berik Şaxanovun və onun ailəsinin şəxsi qonağı olub, ocağının istisini hiss ediblər".

Allah rəhmət eləsin!

 





01.09.2020    çap et  çap et