525.Az

"Günəşdən gələn pay" Xanımana Əlibəyliyə həsr olunub


 

"Günəşdən gələn pay" Xanımana Əlibəyliyə həsr olunub<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanası "Günəşdən gələn pay" adlı layihənin budəfəki mövzusunu uşaq ədəbiyyatımızın "xanım anası" yazıçı, şairə Xanımana Əlibəylinin 100 illiyinə həsr edib.

Layihənin əsas məqsədi, oxucuları sevilən şair və yazıçıların həyat və yaradıcılıqları ilə sosial şəbəkələr vasitəsilə yaxından tanış etməkdir.

Uşaqların nağıl qəhrəmanlarını tanıması və teatrlarda canlı izləməsi onların təfəkkürünün inkişafında və dünyagörüşlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Çünki uşaqlar bir anlıq olsa belə özlərini nağıl qəhrəmanlarının yerinə qoyurlar. Səhnədə personajlarla birgə həyəcan keçirərək uşaqlar rolları onlarla birgə yaşayır və həyati vəziyyətlər onların şüurunda həkk olunur.

Mövzu çərçivəsində, kitabxananın əməkdaşları Xanımana Əlibəylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Yazıçının "Dovşanın ad günü" pyesindən kiçik bir səhnəni oxuculara təqdim ediblər. Bu səhnəcikdə pyesin qəhrəmanları dovşan və onun dostları - kirpi, quzu və tülkü canlandırılaraq nümayiş olunub.

Qeyd edək ki, layihə kitabxananın "Facebook", "İnstagram", "Twitter" sosial şəbəkələri, "YouTube" və kitabxananın internet ünvanı vasitəsilə təqdim edilib.

 





04.09.2020    çap et  çap et