525.Az

"Ulduzlu nəşr"lərin sonuncu - on birinci buraxılışı çıxdı


 

"Ulduzlu nəşr"lərin sonuncu - on birinci buraxılışı çıxdı<b style="color:red"></b>

Ötən il Azərbaycan Yazıçılar Birliyi ilə "Ulduz" jurnalı  "Ulduzlu nəşrlər" adlı yeni layihəyə start verdi. Əsasən, gənc müəlliflərin kitablarından ibarət nəşrlər  "Təhsil" Nəşriyyat-Poliqrafiya MMC-də nəfis şəkildə dərc olunaraq "Ulduz"un oxucularına pulsuz çatdırıldı. Qeyd edək ki, sözügedən layihənin rəhbəri "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəsdir.

Bu ilin may ayına kimi layihə üzrə səkkiz nəşr işıq üzü gördü. May ayından sonra "Ulduz"un əməkdaşı, mərhum şair Fərqanə Mehdiyevanın "Gedirəm torpağı qucaqlamağa" adlı şeirlər və gənc yazıçı-tərcüməçi Xanım Aydının "Kitab xəstəsi" (Herman Hesse) adlı tərcümə kitabları oxucularn ixtiyarına verildi. Ötən gün isə "Ulduzlu nəşrlər"in sonuncu - "Düşüncənin göy üzü" adlı kitabı çapdan çıxdı.

Tərtibçi-müəllifi filologiya elmləri doktoru Cəlal Bəydili olan kitabda Ayzek Azimovdan tutmuş Ernst Şumaherə qədər fikir adamlarının  həyatın bütün sahələrinə aid müdrik fikir və mülahizələri əks olunmuş   aforizmləri yer alıb. 200 tirajla çap olunmuş kitabı "Bayatı" kitab evindən və Bakının digər kitab mağazalarından əldə edə bilərsiniz. Xatırladaq ki, bu kitab "Ulduz"lu nəşrlərin sonuncu və on birinci buraxılışıdır.

 





06.09.2020    çap et  çap et