525.Az

Norveç hökumətindən "Qarabağ"ın oyunu ilə bağlı cavab - "Neytral meydan..."


 

Norveç hökumətindən "Qarabağ"ın oyunu ilə bağlı cavab - <b style="color:red"> "Neytral meydan..."</b>

Norveç hökuməti UEFA-nın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la matç üçün etdiyi xahişə mənfi cavab verib.

Qol.az xəbər verir ki, bu barədə ölkənin mədəniyyət naziri Abid Raca "NTB"yə açıqlamasında bildirib: "Təəssüf ki, "Molde" üçün "Qarabağ"la oyundan əvvəl karantinlə bağlı xüsusi istisna gələn həftənin sonuna qədər olmayacaq. Bununla bağlı Norveç Futbol Federasiyasına və "Molde"yə  fəaliyyətlərini buna görə qurmalı olduqlarını bildirdim. Yəni, UEFA-nın reqlamentinə uyğun olaraq görüş neytral meydanda keçirilməlidir".

Qeyd edək ki, püşkə əsasən oyuna Bakıda keçirilməlidir. Ancaq Norveç klubu Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılmasını UEFA-dan xahiş edib.

Məsələ ilə bağlı yekun qərarı UEFA verəcək.

 





08.09.2020    çap et  çap et