525.Az

Çinlə Azərbaycan arasında daha bir dəmiryol marşrutu açılıb


 

Çinlə Azərbaycan arasında daha bir dəmiryol marşrutu açılıb <b style="color:red"></b>

Sentyabrın 10-da Çinin şərqindəki Çjetszyan əyalətinin Tszinhua şəhərindən ixrac məhsulları daşıyan 100 konteynerdən ibarət yük qatarı Bakıya yola düşüb.

Bu, Çin-Avropa dəmiryol yükdaşımaları çərçivəsində sayca 12-ci marşrutun açılması deməkdir.

Qeyd olunur ki, əsasən dəmir məmulatlar və gündəlik məişət məhsulları ilə yüklənmiş qatar yeni marşrutla Sintszyan-Uyğur muxtar rayonunda Horqos sərhəd-keçid məntəqəsindən sərhədi keçəcək, Qazaxıstanın Xəzər dənizindəki Aktau limanına, buradan bərə ilə Bakının Ələt limanına, daha sonra Heybət stansiyasına çatacaq.

Multimodal marşrutla daşıma müddətinin 15-18 gün çəkəcəyi gözlənilir ki, bu da əvvəlki marşrutlardan təxminən 30 faiz daha sürətlidir.

Hələlik Tszinhuadan Bakıya yalnız birtərəfli reys fəaliyyət göstərir, amma qatarların göndərilməsi tezliyi çoxalacağı təqdirdə, eləcə də stabil yük mənbələri olacağı halda əks istiqamətdə reysin açılması nəzərdən keçirilə bilər.

 





13.09.2020    çap et  çap et