525.Az

9 illik bazadan kolleclərə keçirilmiş müsabiqənin nəticələri


 

9 illik bazadan kolleclərə keçirilmiş müsabiqənin nəticələri<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb.

DİM-dən verilən xəbərə görə, nəticələr sentyabrın 15-də saat 13:45-dən etibarən Mərkəzin internet səhifəsində yerləşdirilib.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 2020-ci il sentyabrın 16-dan 25-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər.

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı kolleclər tərəfindən onlayn qaydada həyata keçirilir.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

 





15.09.2020    çap et  çap et