525.Az

Deputat: "Ermənistanı bu cinayətlərə həvəsləndirənlər də cavab verməlidirlər"


 

Deputat: "Ermənistanı bu cinayətlərə həvəsləndirənlər də cavab verməlidirlər"<b style="color:red"></b>

Yunan filosoflarından biri hələ uzun əsrlər öncə deyib: "Allah bir insana cəza vermək istəyirsə, ilk əvvəl onun ağlını alır". Bəli, bu müdrik kəlamı xalqlara transfer etmiş olsaq, ilk ağla gələn, birinci və mütləq şəkildə məkrli və hiyləgələr ermənilər olur.

3 əsrə (XIX əsrin əvvəllərindən bu yana) yaxındır, bu ərazilərə, bizim coğrafiyaya, bizim - qədim türk torpaqlarına məqsədli şəkildə köçürülən, köçürüldükləri gündən də başımızın hər mənada bəlasına, fəlakətinə çevrilən murdar qonşularımız bu müdrik kəlamı öz əməlləri, öz "dəyərləri" ilə tam haqq edirlər... Çünki XIX əsrdən qonağı olduğu torpaqlarda, bizim torpaqlarda özlərini sanki həyasız, üzlü, çağırılmamış qonaq, ondan da ötəsi - "ev sahibi" kimi aparır, bütün insani və bəşəri dəyərləri, beynəlxalq hüquq norma və qaydalarını açıq-aşkar şəkildə tapdalayırlar.

Bizim torpaqlarda, qədim türk-Azərbaycan ərazilərində qanlı havadarlarının təzyiqi ilə Ermənistan adlı qondarma dövlət qurmağa nail olan ermənilər son 32 ildə yenə də bizim ərazilər hesabına ikinci erməni dövləti yaratmağa cəhd edirlər və bunun üçün də etmədikləri, törətmədikləri qanlı, cinayətkar əməllər, fitnəkarlıqlar, təxribatlar qalmayıb. Təki öz məkrli, murdar niyyətlərini, onları bizlərə qarşı qaldıranların və körükləyənlərin məqsədlərini reallaşdırmış olsunlar...

Bütün insani hisslərdən və dəyərlərdən uzaq olmuş və bu gün də bu mənada daha uzağa gedən ermənilər, onların başabəla, rasist, nasist, faşist, terrorist siyasiləri, hakimiyyət başbilənləri dünyada baş verən istənilən faciədən, göz yaşlarından, insanlıq dramlarından fürsəti fövtə vermədən yararlanmağa çalışırlar.

Bir neçə il öncə Azərbaycanın işğal olunmuş ərazilərinə Suriyada yaşayan erməniləri, erməni ailələrini köçürməklə, onları qanunsuz şəkildə məskinlasdırmaqla kifayətlənməyən erməni siyasi-hakim dairələri indi də Livan ermənilərinin "pişvazı"na çıxıblar...

Bir müddət öncə Livanda baş vermiş fəlakətdən, insanlıq dramından sonra evsiz-eşiksiz qalmaları bəhanəsi ilə Livan ermənilərini, erməni ailələrini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməyə, məskunlaşdırmağa başlayıblar. Sanki bu torpaqlar onların dədə-babalarının torpağıdır, istədiklərinə "peşkəş" edə bilərlər... Bunun adı cinayətkarlıqdır, bunun adı barbarlıqdır, bunun adı erməni həyasızlığıdır, bunun adı erməni simasızlığı və murdarlığıdır...Özü də sanki əllərindən gələni edirlər və etməyə çalışırlar ki, lüğətdəki bütün mənfi sözləri, söyüşləri, təhqirəri eşitsinlər, özlərinə, canlarına hopdursunlar. Heç bir dəyər-filan qalmayıb... Ancaq artıq buna "dur" deyilməlidir! Bu cinayətin, bu cinayətkarların, bu terrorçuların, əliqanlı insanlıq düşmənlərinin qarşısı alınmalı, cəzası verilməlidir! Özü də bu cəzanı Ermənistanı bu cinayətlərə həvəsləndirənlər, erməniləri srtimullaşdıranlar özləri verməlidirlər! 4 qətnaməsinin icrasını təmin etməyən BMT və onun Təşhlükəsizlik Şurası, o cümlədən, ATƏT və onun Minsk qrupu, Minsk qrupu və işğalçının yanında yer alan 3 həmsədr dövlət, həmsədrlər... Bu, ilk növbədə onların vəzifəsi və borcudur! Biri 27 ildir 4 qətnamə qəbul edib, amma heç nəyə nail olmayıb, biri də 23 ildir, guya vasitəçilik missiyası ilə məşğuldur, amma bir qarış belə irəliləyiş baş verməyib.

İndi zəhmət çəkib missiyalarını həyata keçirsinlər, qətnamələrinin icrasına nail olsunlar, missiyalarının mahiyyətinə uyğun şəkildə ədaləti, sülhü, təhlükəsizliyi təmin etsinlər, erməniləri, Ermənistanı həm qanunsuz, cinayətkar məskunlaşdırma siyasətindən, həm də işğsalçılıq, təcavüzkarlıq hərəkətlərindən çəkindirsinlər, geri otuzdursunlar. Yalnız bundan sonra onların ədalətinə inanmaq, missiyasına etibar etmək olar. Amma...təəssüf... Görünən odur ki, atalar məsəlində də deyildiyi kimi, taylı tayını tapar... Onlardan haqq, ədalət gözləməyinə dəyməz...Amma dediyim kimi, artıq bu məsələyə, bütövlükdə işğala, işğalçı davranışlara "dur" deməyin əsl məqamı və zamanıdır! İnanırıq və qəti şəkildə əminik ki, belə də olacaq, Ali Baş Komandanın əmri və rəhbərliyi ilə Azərbaycan Ordusu Azərbaycan xalqı ilə birlikdə hər mənada öz sözünü deyəcək, Ermənistana, onun müxtəlif coğrafiyalardakı qanlı havadarlarına haqq etdikləri yeri tanıdacaq...O gün uzaqda deyil, heç uzaqda deyil!

Jalə ƏLİYEVA
Millət vəkili

 





17.09.2020    çap et  çap et