525.Az

İlham Əliyev Çili Prezidentinə təbrik ünvanladı


 

İlham Əliyev Çili Prezidentinə təbrik ünvanladı<b style="color:red"></b>

Prezident İlham Əliyev Çili Respublikasının Prezidenti Sebastian Pinyera Eçenikeyə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

Çili Respublikasının müstəqilliyinin 210-cu ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çili xalqına əmin-amanlıq və rifah diləyirəm”.

 

 





17.09.2020    çap et  çap et