525.Az

Qələm dostları şair Ələkbər Salahzadənin məzarını ziyarət ediblər


 

Qələm dostları şair Ələkbər Salahzadənin məzarını ziyarət ediblər<b style="color:red"></b>

Bu günlərdə unudulmaz şair Ələkbər Salahzadənin dünyasını dəyişməsinin 7 ili tamam oldu. Bununla əlaqədar mərhum şairin dostları - Tofiq Nurəli, Kəramət Kəramət, Ağacəfər Həsənli, Maarif Soltan, Oqtay Əhmədov və Oqtay Abbas onun Hövsan qəbiristanlığındakı məzarını ziyarət ediblər.

Ələkbər Salahzadənin bənzərsiz poeziyasından, bitkin xarakterindən söz açan A.Həsənli şairə həsr etdiyi şeirini oxuyub.

T.Nurəli, M.Soltan, O.Abbas sənətkarın daim təzə-tər yaradıcılığını önə çəkərək ədəbiyyatımızda həmişəyaşarlılıq qazandığını bildiriblər.

"Ulduz" və "Qobustan" dərgilərində Ələkbər müəllimlə çiyin-çiyinə çalışmış O.Əhmədov onun qayğıkeşliyindən və tələbkarlığından söz açıb. Kəramət Kəramət Ələkbər Salahzadənin unudulmadığını, xatirəsinin daim ürəklərdə yaşadığını vurğulayıb.

 





16.09.2020    çap et  çap et