525.Az

Türkiyədə son sutkada koronavirusdan 67 nəfər öldü


 

Türkiyədə son sutkada koronavirusdan 67 nəfər öldü<b style="color:red"></b>

Türkiyədə son sutka ərzində koronavirusdan 66 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin "covid19.saglik.gov.tr" saytında yazılıb.

Qeyd olunub ki, son 24 saatda 109 985 şübhəli koronavirus testindən keçib, onlardan 1648-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1372 nəfər olub, 1143 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 298 039 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 263 745 nəfər sağalıb, 7315 nəfər ölüb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində toplam test sayının 9 milyona yaxınlaşdığını bildirib.

 





17.09.2020    çap et  çap et