525.Az

Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi


 

Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi<b style="color:red"></b>

Gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2021” də mahnı müsabiqəsində Azərbaycanın iştirakı təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızının APA-ya verdiyi məlumata əsasən, 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq "Avroviziya-2021" mahnı müsabiqəsində ölkəmizi Efendi təmsil edəcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

“Avroviziya-2021” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.  

 





18.09.2020    çap et  çap et