525.Az

Ceyhun Bayramov və Aİ Komissarı arasında telefon danışığı


 

Ceyhun Bayramov və Aİ Komissarı arasında telefon danışığı<b style="color:red"></b>

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi arasında telefon danışığı baş tutub.

Bu barədə O. Varhelyi “Twitter”də bildirib.

“Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovu vəzifəyə təyinatı münasibətilə təbrik etdim. Avropa İttifaqı və Azərbaycan arasında yeni sazişin, həmçinin aviasiya sazişinin tamamlanmasının vacibliyini müzakirə etdik. Enerji sahəsində əməkdaşlıq, Azərbaycan qazının Avropa İttifaqına və Qərbi Balkanlara çatdırılmasında qarşılıqlı maraqların olduğunu bir daha təsdiqlədik”, - deyə Aİ-nin Komissarı vurğulayıb.

 





18.09.2020    çap et  çap et