525.Az

Yeni tədris ilinə yeni məktəblərlə


 

MÜASİR MƏKTƏBLƏR ŞAGİRDLƏRİN YÜKSƏK SƏVİYYƏDƏ TƏHSİL ALMASINDA MÜHÜM ROL OYNAYIR

Yeni tədris ilinə yeni məktəblərlə<b style="color:red"></b>

Azərbaycanda sentyabrın 15-dən yeni tədris ili başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə Əmircan qəsəbəsindəki 154 nömrəli məktəbin açılışında iştirak edib.

Qeyd etmək lazımdır ki, ölkəmizdə təhsilin, insan kapitalının inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətidir. Son 17 ildə ölkəmizdə çoxsaylı məktəb binasının tikilib və ya əsaslı təmir olunması da təhsilin dövlət siyasətində əsas yer tutduğunun göstəricisidir. Bunun nəticəsində 1 milyondan çox şagirdin təlim-tədris şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb. Dövlət təhsilin dünya təhsil sisteminə inteqrasiyasını diqqət mərkəzində saxlayır və bu istiqamətdə davamlı tədbirlər, islahatlar həyata keçirilir.

Millət vəkili Pərvin Kərimzadə mövzu ilə bağlı bildirib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyllərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir.

Millət vəkilinin sözlərinə görə, bu gün təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır: "Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan sonrakı illər ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunur.

Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır, Azərbaycanda təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır. Bütün ölkənin pandemiya bəlasına qarşı mübarizəyə səfərbər olunduğu bir vaxtda belə təhsil infrastrukturunun inkişafı daim dövlətin və dövlət başçısının diqqət mərkəzində olub.

Bütövlükdə, yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 47 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 8-i yeni tikilən, 5-i əsaslı təmir oluunan, 34-ü isə modul tipli məktəbdir. İlin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılan 100-ə yaxın məktəb binası şagirdlərin istifadəsinə veriləcək, onlardan 60-ı modul tipli məktəbdir".

P.Kərimzadə əlavə edib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları və tapşırıqları əsasında təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 2020-ci ilin sonuna qədər 98 ümumtəhsil məktəbi - 60-ı modul tipli olmaqla məktəblilərin ixtiyarına veriləcək: "Ümumilikdə 2016-cı ildən başlayaraq, 293 modul tipli məktəb Azərbaycanda inşa edilib. Bu, innovativ layihədir, çünki bu layihələr Azərbaycanın ən ucqar yerlərində belə məktəb infrastrukturunun yaxşılaşmasını birbaşa nümayiş etdirir. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və bunun tamamlanması, Prezidentin müvafiq tapşırığına müvafiq olaraq, 2021-2022-ci ildə başa çatmalıdır. Bu, analoqu olmayan bir faktdır. Dünyanın heç bir yerində belə qısa vaxt ərzində bu qədər məktəb inşa edilməyib".

PƏRVANƏ

 





16.09.2020    çap et  çap et