525.Az

Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı artıb


 

Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı artıb <b style="color:red"></b>

2020-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.

Bu barədə "Trend"ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 10 dəfə artıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 110 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 6408 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 47,8 faiz azdır.

 





16.09.2020    çap et  çap et