525.Az

Azərbaycan və İran arasında ticarət asanlaşdırılacaq


 

Azərbaycan və İran arasında ticarət asanlaşdırılacaq <b style="color:red"></b>

İran və Azərbaycan arasında tərcihli ticarət sazişinin imzalanmasına dair ekspert səviyyəsində danışıqların ilk mərhələsi keçirilib.

"APA-Economics"in IRNA-ya istinadən verdiyi məlumata görə, hər iki tərəfdən Xarici İşlər nazirliklərinin nümayəndələrinin və iqtisadçıların qatıldığı onlayn görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirməsi, o cümlədən, tərcihli ticarət sazişinin imzalanması və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan və İran arasında imzalanacaq sazişin mətninin hazırlanması üçün yaxın gələcəkdə danışıqların növbəti mərhələsi keçiriləcək.

 





17.09.2020    çap et  çap et