525.Az

BDU-nun professor-müəllim heyəti və tələbələri beynəlxalq açıq məlumat bazalarına giriş əldə edib


 

BDU-nun professor-müəllim heyəti və tələbələri beynəlxalq açıq məlumat bazalarına giriş əldə edib<b style="color:red"></b>

Yeni tədris ilinin onlayn formada başlaması ilə əlaqədar Bakə Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası professor-müəllim heyəti və tələbələrin informasiya tələbatını ödəmək məqsədilə bir çox beynəlxalq açıq məlumat bazalarına giriş əldə edib.

Universitetdən verilən xəbərə görə, Elmi Kitabxana ölkənin ali məktəb kitabxanalarının metodiki mərkəzi olduğundan, kitabxananın "Metodiki iş və əməkdaşlıq" şöbəsi bu açıq məlumat bazalarına digər ali məktəb kitabxanalarının da girişini təmin edib. Məlumat bazalarına Elmi Kitabxananın veb səhifəsindən müvafiq bannerin üzərinə klik etməklə və ya tammətnli məlumat bazaları rubrikası ilə daxil olmaq mümkündür.

Bazada yer alan "European Books Limited" (İngiltərə, London) - Avropa kitabları şirkətinin ali məktəblər üçün 180 000 təqaüd qrantları və 290 000 ali məktəb proqramlarının məlumat və istinad arxivinə giriş açıqdır. "EBSCO Open Dissertations" bazası müxtəlif elm sahələrinə dair, müxtəlif dillərdə dissertasiyalardan açıq istifadə etmək imkanı verir. "Polpred.com" - işgüzar kütləvi informasiya vasitələri elektron kitabxana sistemi rubrikatorlu məlumat bazası olaraq gündəlik minlərlə xəbər, rus dilində tam mətnlər, 20 il ərzində informasiya agentliklərinin və işgüzar mətbuatın 4 milyon süjeti, 110 sahə və altsahə, 250 ölkə, ərazi və region, 600 mənbə, 170000 material, o cümlədən, 90000 müəllif məqaləsi, 30000 min şəxsin müsahibəsi geniş axtarış imkanlarını, bir kliklə yüzlərlə məqalənin Word-ə eksport edilməsi və s. təqdim edir.

S.QARAYEVA

 

 





18.09.2020    çap et  çap et