525.Az

Süni tənəffüs cihazına qoşulan koronaviruslu xəstələrin sayı açıqlandı


 

Süni tənəffüs cihazına qoşulan koronaviruslu xəstələrin sayı açıqlandı<b style="color:red"></b>

Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a bildiriblər ki, hazırda reanimasiya şöbələrində 108 nəfər müalicə alır. Xəstələrdən 8-i süni tənəffüs cihazına qoşulub.

Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1867 nəfərdir.

 





19.09.2020    çap et  çap et