525.Az

“Təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir”


 

“Təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir”<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Facebook” səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib.

Paylaşımda qeyd edilib ki neftçi peşəsi hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir, onların əməyi əsl qəhrəmanlıqdır.

Bildirilib ki, ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu var:

“Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir. Biz nə qədər güclü, qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaq”.

 

 





20.09.2020    çap et  çap et