525.Az

BDU rektoru qalib tələbələrlə görüşüb


 

BDU rektoru qalib tələbələrlə görüşüb<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan Respublikasının Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə baş tutan Enactus Azərbaycan Milli Yarışının qalibi olan BDU-nun Enactus komandası ilə görüşüb.
 
Rektor komanda üzvlərini təbrik edib, onlara gələcək yarışda və dərslərində uğurlar arzulayıb. Bildirib ki, Bakı Dövlət Universitetində tələbələrin həm təhsilinə, həm elmi tədqiqatla məşğul olmasına, həm də asudə vaxtlarının səmərəli keçirmələri böyük diqqət ayrılıb.

Görüşdə çıxış edən tələbələr onların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, BDU-nun Enactus komandası Niderlandda baş tutacaq Dünya Enactus Kuboku yarışmasında ölkəmizi təmsil edəcək. Bu yarışmada dünyanın 36 ölkəsindən 25 mindən çox universitet tələbəsini təmsil edən komandalar öz biznes, təhsil və sosial layihələrini təqdim edəcəklər.

S.QARAYEVA

 





20.09.2020    çap et  çap et