525.Az

Adil Əliyev müşahidə qrupuna rəhbərlik edəcək


 

Adil Əliyev müşahidə qrupuna rəhbərlik edəcək<b style="color:red"></b>

Milli Məclisin təklifi və MDB Parlamentlərarası Assambleya (PA) Şurasının sədri, Rusiya Federasiya Şurasının Sədri Valentina Matkiyenkonun imzaladığı müvafiq əmrlə Milli Məclis Sədrinin müavini Adil Əliyev Moldovada prezident seçkilərində MDB PA-nın müşahidə qrupunun rəhbəri təyin edilib.

MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda MDB PA-ya üzv ölkələrin nümayəndələrindən ibarət müşahidə qrupunun formalaşdırılması prosesi davam edir.

Xatırladaq ki, Moldovada prezident seçkiləri noyabrın 1-də keçiriləcək. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, prezident seçkilərində iştirak üçün 13 namizəd qeydə alınıb.

 





21.09.2020    çap et  çap et