525.Az

Macarıstanla imzalanan 2 memorandum və 1 saziş təsdiqləndi


 

Macarıstanla imzalanan 2 memorandum və 1 saziş təsdiqləndi <b style="color:red"></b>

Azərbaycan və Macarıstan arasında imzalanan 2 memorandum və bir saziş təsdiqlənib.

APA-nın məlumatına görə, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” 2020-ci il iyulun 17-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Eyni zamanda “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Macarıstanın Milli Vergi və Gömrük Administrasiyası arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında” Anlaşma Memorandumu da təsdiqlənib.

Həmçinin Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyi arasında səhiyyə sənayesi sahəsində əməkdaşlıq haqqında” 2020-ci il iyulun 17-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

 





21.09.2020    çap et  çap et