525.Az

Füzuli İsmayılov əhalini və ictimaiyyəti təşvişə düşməməyə çağırdı


 

Füzuli İsmayılov əhalini və ictimaiyyəti təşvişə düşməməyə çağırdı<b style="color:red"></b>

"Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışına çağırılması təşviş üçün heç bir əsas vermir".

APA xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələrlə şöbəsinin rəhbəri Füzuli İsmayılov deyib.

Onun sözlərinə görə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanuna əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi təlimə çağırılırlar: "Ehtiyatda olan hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılması bundan əvvəlki dövrlərdə də həyata keçirilib. Hazırda da ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışları həyata keçirilir və bu, plan üzrə həyata keçirilir. Bir daha xatırladırıq ki, qanunvericiliyə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilər çağırılıb və hərbi hissələrə yola salınıb. Əhaliyə və ictimaiyyətə müraciət edirik ki, heç bir təşvişə əsas yoxdur".

 





21.09.2020    çap et  çap et