525.Az

Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir


 

Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfəri başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan parlamentinin spikeri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Rusiyadakı Səfirliyinə gələrək ümummilli lider Heydər Əliyevin barelyefi önünə əklil qoyub.

Qeyd edək ki, Sahibə Qafqarova sentyabrın 22-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, sentyabrın 23-də Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Xarici İşlər naziri Sergey Lavrovla görüşlər keçirəcək. ​Bundan başqa, Azərbaycan Milli Məclisinin sədrinin Federasiya Şurasının payız sessiyasının ilk iclasında çıxışı da planlaşdırılır.

 





21.09.2020    çap et  çap et