525.Az

Qubada bir məktəbin 8 müəllimi koronavirusa yoluxdu


 

Qubada bir məktəbin 8 müəllimi koronavirusa yoluxdu<b style="color:red"></b>

Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin koronavirusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

 





21.09.2020    çap et  çap et