525.Az

AMEA-nın saytının baş redaktoru işdən çıxdı


 

AMEA-nın saytının baş redaktoru işdən çıxdı<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri, AMEA-nın saytının (http://science.gov.az/) Baş redaktoru Nərgiz Qəhrəmanova işdən çıxıb.

“Report” xəbər verir ki, N.Qəhrəmanova yeni işə başlaması ilə əlaqədar olaraq qeyd olunan vəzifələrindən öz ərizəsi ilə çıxıb.

Belə ki, o, AMEA-nın Yüksək Texnologiyalar Parkında Mətbuat katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Qəhrəmanova 11 ildir science.az-da çalışırdı.

 





23.09.2020    çap et  çap et