525.Az

"Koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"


 

"Koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"<b style="color:red"></b>

“Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib”.

APA-nın məlumatına görə, bunu bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, hazırda ölkəmizdə epidemioloji situasiya sabitdir:

“Hazırda virusa qarşı dərman əldə olunmayıb. Virus əleyhinə  dərmanların tapılması uzun müddət tələb edir. Vaksinlərlə bağlı tədqiqatlara gəlincə, son mərhələyə gələn tədqiqatlar var. 18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST (Ümümdünya Səhiyyə Təşkilatı) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvədlə təmin olunacaq. GAVI təşkilatının əsası 2000-ci ildə qoyulub. Təşkilatın mərkəzi ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.

Çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək  təhlükəsiz COVID-19 peyvənd  təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır”.

R. Bayramlı qeyd edib ki, artıq imzalanmış sazişlə əlaqədar Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasına Fonddan vaksinlərin alınması üçün vəsait ayrılmasına dair müraciət ediləcək:


“İndiyə qədər koronavirusla mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılıb. İndi isə hökumət vaksinlə bağlı imzalanmış sazişlə əlaqədar vəsaitin  Fondun vəsaiti hesabına alınmasını məqbul sayıb və Fondun İctimai Şurasına da bununla bağlı müraciət ediləcək”.

 





23.09.2020    çap et  çap et