525.Az

Daha 146 nəfərdə koronavirus aşkarlandı: 173 sağalan, 2 ölən var


 

Daha 146 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">173 sağalan, 2 ölən var</b>

Azərbaycanda koronavirus infeksiyasından daha 173 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 39.524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37.122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib. Aktiv xəstə sayı 1822 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 73.255 test aparılıb. Bugünkü test sayı isə 8780-dir.

 





23.09.2020    çap et  çap et