525.Az

Bakı məktəbləri məzunlarından 19-u qızıl nişana layiq görülüb


 

Bakı məktəbləri məzunlarından 19-u qızıl nişana layiq görülüb<b style="color:red"></b>

Bakı məktəblərinin məzunları qızıl və gümüş nişanla təltif olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata əsasən, Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 19-u qızıl, 7-si gümüş nişana layiq görülüb.

Əmrdə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb.

Belə ki, ümumilikdə ölkə üzrə ötən tədris ilində təhsil müəssisələrini bitirən məzunlardan 125-i qızıl, 76-sı isə gümüş nişanla təltif olunub.

Qeyd edək ki, qızıl və gümüş nişana namizədlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası"na əsasən müəyyənləşdirilib.

Sevinc QARAYEVA

 





22.09.2020    çap et  çap et